"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın cinah oyunçusu Eden Hazardın məşqçi ilə danışmaması ilə bağlı dediyi sözlərinə münasibət bildirib.
Lent.az xarici mediaya istinadən bildirir ki, 32 yaşlı belçikalı bu mövsüm bütün turnirlərdə cəmi 296 dəqiqə oynayıb, 1 qol vurub və məhsuldar ötürmə edib. Hazard sonuncu dəfə yanvarın əvvəlində “Real”da çıxış edib.
“Münasibətimiz soyuq deyil. Çox dürüst deyib, biz çox danışmırıq və bu doğrudur. Çox vaxt bu, xarakter məsələsidir, bir insanla digərindən daha yaxşı danışırsınız. Ən vacib şey deyil.
Çox danışmasaq da, oynamasa da, mənə hörmət edir. Mən bunu çox yüksək qiymətləndirirəm və ona eyni şəkildə hörmət edirəm. O, çox oynamırsa, bunun səbəbi rəqabətin çox olmasıdır. Onun mövqeyində böyük töhfə verən bir oyunçu var və bu Vinisiusdur", - Ançelotti vurğulayıb.