Güclü  QAR YAĞDI:   Oyun baş tutmadı
28 noyabr 2021 18:49 (UTC +04:00)

Güclü QAR YAĞDI: Oyun baş tutmadı

0

İngiltərə Premyer Liqasının 13-cü həftəsində keçirilməsi nəzərdə tutulan qarşılaşma qar yağması səbəbindən təxirə salınıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, "Bernli" - "Tottenhem" oyunun keçirilməməsinə əlverişsiz hava şəraiti və qar yağması səbəb olub.

Oyunun hansı tarixə təxirə salındığı hələ ki açıqlanmayıb. 

 “Mançester Siti” ilə “Vest Hem Yunayted” arasında baş tutacaq qarşılaşma ilə bağlı yağan qar səbəbindən qeyri-müəyyənlik yaşansa da, “Etihad” stadionunun meydanı təmizləndikdən sonra oyunun keçirilməsinə qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2529

Oxşar yazılar