İtaliyanın “Recina” klubunun keçmiş qapıçısı Daniel Leone xərçəng xəstəliyindən vəfat edib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 28 yaşlı qapıçıya 2014-cü ildə beyin şişi diaqnozu qoyulub. Futbolçu 2015-ci ildə karyerasını bərpa edib, lakin 3 il sonra xəstəliyi təkrarlanıb və bir daha qapıçı kimi meydana çıxmayıb.Leone bir neçə əməliyyat keçirsə də, həkimlər həyatını xilas edə bilməyiblər.
Leone “Recina”dan başqa İtaliyanın “Pontederu”, “Torres”, “Recanu” və “Katandzaro” klublarında da çıxış edib. O, bir dəfə də olsun seriya A-da oynamayıb.