Futbolçumuz qırmızı vərəqə rekordunu yenilədi
11 noyabr 2021 22:16 (UTC +04:00)

 Futbolçumuz qırmızı vərəqə rekordunu yenilədi

0

“Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov Azərbaycan millisinin tarixinə düşüb.

Lent.az-ın Apasport.az-a istinadla məlumatına görə, o, yığmanın heyətində ən erkən qırmızı vərəqə alan futbolçudur.

Tellur DÇ-2022-nin seçmə mərhələsinin hazırda davam edən Lüksemburqla qarşılaşmasının 21-ci dəqiqəsində meydandan qovulub. Onadək millinin heç bir oyunçusu belə erkən qırmızı vərəqə almayıb.

Mütəllimov komanda yoldaşı Mahir Emrelinin “rekord”unu qırıb. Hücumçumuz ötən ilin payızında 25-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Maraqlıdır ki, o da Lüksemburqla görüşdə belə aqibəti yaşayıb. Millətlər Liqasının 2020-ci il sentyabrın 5-dəki görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1930

Oxşar yazılar