"Luton"un müdafiəçisi Tom Lokyer İngiltərə Premyer Liqasının 17-ci turunda "Bornmut"la oyunda huşunu itirib.
Lent.az bildirir ki, insident 62-ci dəqiqədə, tabloda hesab 1:1 olarkən baş verib. Futbolçunun meydanda halı pisləşib, həkimlər onu xərəkdə tribuna otağına aparıblar. Şərhçinin X sosial şəbəkəsində bildirdiyinə görə, Lokyer artıq huşunu itirib.
Hadisə səbəbindən oyun dayandırılıb, futbolçular meydanı tərk ediblər. Lokyerin meydandan çıxarılmasından 20 dəqiqə sonra görüşün ləğvi qərara alınıb. Qarşılaşmanın başqa bir gündə keçirilib-keçirilməyəcəyi bəlli deyil.