Futbola  qayıtdığını   elan etdi
10 yanvar 2024 14:35 (UTC +04:00)

Futbola qayıtdığını elan etdi

0

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike futbola məşqçi kimi qayıdacağını açıqlayıb.

“Yeni il gəldi və diqqətlə düşünərək futbola qayıtmaq qərarına gəldim. Mən onun üçün çox darıxdım.

Mən futbolçu kimi yox, məşqçi kimi qayıdıram. Təfərrüatları həftənin sonunda paylaşacam”, – Lent.az xarici mediaya istinadən bildirir ki, Pike sosial şəbəkədəki X səhifəsində yazıb. O, daha sonra paylaşımını silib.

Pike daha əvvəl futbol üçün darıxmadığını demişdi.

36 yaşlı ispaniyalı 2022-ci ilin sonunda karyerasını başa vurub. Müdafiəçi "Barselona"nın heyətində 616 oyun keçirib, 53 qol vurub və 15 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10625

Oxşar yazılar