Biznesmen və “Zestafoni” futbol klubunun təsisçisi İliya Kokaya Stepantsminda bələdiyyəsində Deda Ena zirvəsinə (3449 metr) qalxarkən faciəvi şəkildə dünyasını dəyişib.
Lent.az-ın Gürcüstan mediasına istinadla məlumatına görə, 65 yaşlı İliya Kokaya dostu Levan Muşkudiani ilə birlikdə dağa qalxıb.

İliya Kokaya
Dostunun dediyinə görə, Kokaya sürüşüb, başı dəyib və ağır xəsarət alıb, nəticədə dünyasını dəyişib. Hazırda Qudauridən faciəli hadisənin baş verdiyi əraziyə bir qrup xilasedici göndərilib.
Kokaya alpinizmi çox sevirdi. 2021-ci ilin payızında o, Afrikanın ən hündür dağı - Kilimancaro zirvəsinə qalxıb və orada Gürcüstanın bayrağını sancıb.
İliya Kokaya Qudari dağ-xizək kurortunda otellər şəbəkəsinə, eləcə də ferroərinti zavodunda paya malikdir.