Futbol klubunun azərbaycanlı sahibi baş hakimə 2 milyon  rüşvət verib
06 mart 2026 13:45 (UTC +04:00)

Futbol klubunun azərbaycanlı sahibi baş hakimə 2 milyon rüşvət verib

0

Rusiyada futbol klubunun azərbaycanlı sahibindən rüşvət alan hakim saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, rüşvət alma hadisəsi 2023-cü ilin noyabr ayında, “Alaniya” və “Ximki” komandalarının qarşılaşması zamanı baş verib.

Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, oyunun baş hakimi Moskva vilayətini təmsil edən “Ximki”nin rəhbərliyindən 2 milyon rubl rüşvət alıb.

Oyun “Ximki”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, həmin vaxt “Ximki”nin sahibi azərbaycanlı iş adamı Tufan Sadıqov olub. O, hazırda Türkiyədə “Serik Belediyespor” klubunun səhmdarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 776

Oxşar yazılar