Avropanın aparıcı klubları 2025-ci ildə ABŞ-da keçirilməsi planlaşdırılan Klublararası Dünya Çempionatında iştirakdan bir-bir imtina edir.
Lent.az “Daily Mail”ə istinadən bildirir ki, FİFA rəhbərliyi çaş-baş qalıb, çünki onların bu məsələni həll etməyə vaxtları yoxdur.
Mənbənin məlumatına görə, FİFA ABŞ-da 32 komandanın iştirakı ilə klublararası dünya çempionatının keçirilməsi ilə bağlı razılığa gəlməyi planlaşdırıb. Funksionerlər 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı Avropa klublarının nümayəndələri ilə danışıqlar aparsalar da, əksər komandalardan razılıq almayıblar.
İndi FİFA-nın 2025-ci il klublararası dünya çempionatının təşkilinə çox az vaxtı qalıb, çünki turnirin formatı hələ razılaşdırılmayıb, təsnifat mexanizmi müəyyən edilməyib, yayımçılar və kommersiya tərəfdaşları ilə danışıqlara başlanmayıb.