“Di Ci Yunayted”in məşqçisi Ueyn Runi "Everton"un baş məşqçisi postunda Frenk Lempardı əvəz edə bilər.
Lent.az bildirir ki, bu barədə İngiltərə mətbuatı yazıb.
Runi "Everton" sisteminin yetirməsidir və 2004-cü ildə "Mançester Yunayted"ə keçməzdən əvvəl 2002-ci ildə bu klubda debüt edib.
Mənbənin məlumatına görə, “Everton” rəhbərliyi 2022-ci ilin yanvarından vəzifədə olan Frenk Lempardın istefasını tezliklə elan edə bilər. Digər namizədlər arasında “Seltik”in baş məşqçisi Anqe Postekoğlu və klublarda işləməyən iki mütəxəssis – Şon Dayç və Roberto Martinez var.
18 turdan sonra "Everton" 15 xal toplayıb və Premyer Liqada 18-ci pillədə qərarlaşıb.