Xavi
05 noyabr 2021 16:01 (UTC +04:00)

Xavi

Ərəblər Xavinin “Barselona”ya keçidinə "hə" dedi

0

Qətərin “Əl-Sədd” klubu baş məşqçisi Xavinin “Barselona”ya keçidinə razılıq verib.

Apasport.az saytının məlumatına görə, bunu Asiya təmsilçisinin mətbuat xidməti açıqlayıb.

İspaniya nəhəngi Xavi ilə müqavilənin pozulması üçün vəsait ödəyəcək. Bu məbləğin 5 milyon avro olduğu bildirilir.

Karyerasının böyük hissəsini “Barselona”da keçirən sabiq yarımmüdafiəçi 1998-2015-ci illərdə futbolçu kimi 25 titul qazanıb. 2015-ci ildə “Əl-Sədd”ə keçən ispaniyalı 2019-cu ildən Qətər təmsilçisinin baş məşqçisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1601

Oxşar yazılar