Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu “Real Madrid”in 32 yaşlı belçikalı yarımmüdafiəçisi Eden Hazardı transfer etmək istəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Əl-Nəsr”ın baş məşqçisi Rudi Qarsiya özü bu transferdə maraqlıdır. Buna səbəb isə Hazardı “Lill”də çox yaxşı tanımasından irəli gəlir.
Məlumata görə, Qarsiya artıq Hazard ilə əlaqə saxlayıb və bu yay onu almaq istəyir.
Son dünya çempionatında belçikalı yarımmüdafiəçi üç oyunda 126 dəqiqə meydanda olub, qol vurmayıb.
Hazard hazırda “Transfermarkt” tərəfindən 7,5 milyon avro dəyərində qiymətləndirilir.
_1673086063.jpg)
Eden Hazard