Atletika üzrə dünya çempionu Emmit Kinq Amerikanın Alabama ştatının Bessemerə şəhərində öldürülüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin sözlərinə görə, Kinq tanışı Uilli Uellslə dava edib, nəticədə atışma başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, onlar tapançadan bir-birinə atəş açıblar. 60 yaşlı Uells polis gələnə qədər ölüb, 62 yaşlı Kinq isə daha sonra xəstəxanada keçinib.
1983-cü il Dünya Çempionatında Kinq 4 x 100 metr estafetdə qızıl və 100 metr məsafədə bürünc medal qazanıb. 1984 və 1988 Yay Olimpiya Oyunlarında ABŞ komandasının heyətində olub, lakin yarışlarda çıxış etməyib.