Qətərdə keçirilən dünya çempionatında çalışmış ən yaxşı hakim seçilib.
Lent..az xarici mediaya istinadla xəbər verir ki, onun italyan Daniele Orsato olduğu ortaya çıxdı. Dekabrın 28-də hakim Culio Kampanatinin adına mükafatı alıb.
Xatırladaq ki, Orsato DÇ-2022-də 3 oyun idarə edib: Qətər - Ekvador oyununda (0:2), qrup mərhələsinin 2-ci turunun Argentina - Meksika matçında (2:0), həmçinin Argentina və Xorvatiya milli komandaları arasında yarımfinal (3:0).
Əlavə edək ki, Culio Kampanati adına mükafat 2011-ci ilin oktyabrında dünyasını dəyişən keçmiş hakimin xatirəsinə 2014-cü ildən verilməyə başlayıb.