Xorvatiya millisinin futbolçuları dünya çempionatının yarımfinalına yüksəldikdən sonra neofaşist mahnı ifa ediblər.
Lent.az Apasport.az-a istinadla xəbər verir ki, Qətərdə keçirilən turnirin yarımfinal mərhələsinə yüksəlmələri münasibətilə təşkil olunan qala şam yeməyində oyunçular ultrasağçı aktivist-bəstəkar Tompsonun (müğənninin təxəllüsü) mahnısını ifa edərək, millətlərini tərənnüm ediblər.
Məsələ burasındadır ki, mahnı tanınmamış dövlətdən – rəhbərliyi insanlığa qarşı cinayətlərə görə məhkum edilmiş Bosniya-Herseqovinadan bəhs edir. 90-cı illərin əvvəllərində Yuqoslaviyadan ayrılıb özünü müstəqil elan etmiş bölgədə bosniyalılara və bosniyalı müsəlmanlara qarşı etnik təmizləmə aparılıb.
Qeyd edək ki, tanınmamış Bosniya-Herseqovina 1994-cü ildə fəaliyyətini dayandırıb.