DÇ-2022:   Türkiyənin rəqibi məlum oldu
26 noyabr 2021 20:41 (UTC +04:00)

DÇ-2022: Türkiyənin rəqibi məlum oldu

2

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Lent.az Apasport-a istinadən xəbər verir ki, Qətərdə təşkil olunacaq mundiala üç vəsiqə uğrunda mübarizə aparacaq 12 komandanın rəqibləri bəlli olub.

İsveçrənin Sürix şəhərindəki püşkatmada komandalar üç yola bölünüb. A, B və C yolları üzrə yarımfinal cütləri bəlli olub. Bu mərhələnin görüşləri 2022-ci il martın 24-də səpələnmiş komandaların meydanında keçiriləcək.

Beş gün sonra təşkil olunacaq yollar üzrə final matçlarının meydan sahibləri isə püşkatmada dəqiqləşib.

Qardaş Türkiyə yığması da yarımfinaldakı rəqibini tanıyıb. “Ay-ulduzlular” bu mərhələnin görüşünü səfərdə keçirəcək.

DÇ-2022, Avropa zonası üzrə pley-off
Yarımfinal, 24 mart 2022-ci il
1. Şotlandiya - Ukrayna
2. Uels - Avstriya
3. Rusiya - Polşa
4. İsveç - Çexiya
5. İtaliya – Şimali Makedoniya
6. Portuqaliya – Türkiyə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 3381

Oxşar yazılar