Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı
17 mart 2023 15:51 (UTC +04:00)

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı

0

Çempionlar Liqasında 1/4 final mərhələsinin cütlükləri açıqlanıb. 

Lent.az bildirir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytında məlumat verilib.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. “Real” "Çelsi" ilə, "İnter" "Benfika" ilə qarşılaşacaq. “Mançester Siti” 1/4 finalda “Bavariya” ilə, “Napoli” isə “Milan”la qarşılaşacaq.

Martın 16-da 1/4 finalın iştirakçıları müəyyənləşib. 1/8 final mərhələsinin son oyununda “Napoli” evdə “Ayntraxt Frankfurt”u (3:0), “Real” isə evdə “Liverpul”u (1:0) məğlub edib.

2022/2023 mövsümünün Çempionlar Liqasının finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Oyun iyunun 10-da baş tutacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1798

Oxşar yazılar