“Böyük beşliy”in penalti ustaları -  SİYAHI
25 noyabr 2021 16:22 (UTC +04:00)

“Böyük beşliy”in penalti ustaları - SİYAHI

0

Karyerasını “böyük beşlik” ölkələrində davam etdirən futbolçular arasında penaltinin ən sərrast ifaçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, siyahıda yalnız iki futbolçu – Kriştiano Ronaldo və Lionel Messi karyerası ərzində 100-dən artıq penalti zərbəsi yerinə yetirib.

Lakin onlar qaçırdıqları say səbəbindən ilk “10-luğ”a düşə bilməyiblər.  Ronaldo ilə Messi müvafiq olaraq 28 və 29 dəfə zərbəni boşa verdiyi üçün 11-12-ci yerlərdə qərarlaşıblar.

“Top-5” liqaların ən sərrast oyunçusu isə “Liverpul”un yarımmüdafiəçisi Fabinyodur. Braziliyalı yerinə yetirdiyi 21 penaltidən 20-ni qola çevirib. İndiyə qədər iki dəfə şansı qaçıran Bruno Fernandeş 2-ci, üç dəfə imkanı dəyərləndirə bilməyən Kərim Benzema isə 3-cü yerdə qərarlaşıb.

1. Fabinyo (“Liverpul”) – 21 penalti (20 qol). Qaçırdığı - 1

2. Bruno Fernandeş (“Mançester Yunayted”) – 42 (42). Qaçırdığı - 2

3. Kərim Benzema (“Real”) – 23 (20). Qaçırdığı - 3

4. Serxio Ramos (PSJ) – 35 (30). Qaçırdığı - 5

5. Ceymi Vardi (“Lester”) – 32 (28). Qaçırdığı - 5

6. Robert Levandovski (“Bavariya”) – 68 (62). Qaçırdığı - 6

7. Jorjinyo (“Çelsi”) – 39 (33). Qaçırdığı - 6

8. Eden Azar (“Real”) – 57 (50). Qaçırdığı - 7

9. Neymar (PSJ) – 76 (62). Qaçırdığı - 14

10. Zlatan İbrahimoviç (“Milan”) – 99 (83). Qaçırdığı - 16

11. Kriştiano Ronaldo (“Mançester Yunayted”) – 167 (139). Qaçırdığı - 28

12. Lionel Messi (PSJ) – 131 (102). Qaçırdığı - 29
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2206

Oxşar yazılar