“Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasında “Liverpul” ilə oyunda zədələnib.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu zədələnməsi barədə belə deyib:
“Meydanı tərk etdim, çünki baldırımdan pis zərbə aldım. Ancaq bu, xırda bir şeydir. Bazar günü “Barselona” ilə oynamağa hazır olacağam”.
Martın 19-da “Real Madrid” “Barselona” ilə qarşılaşacaq.
Xatırladaq ki, “Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərə “Liverpul”una qalib gəlib.
İspaniyanın paytaxtında keçirilən görüş 1:0 hesabı ilə “Real”ın xeyrinə yekunlaşıb. Yeganə qolu Kərim Benzema vurub. O, 79-cu dəqiqədə fərqlənib.
İlk görüş isə 5:2 hesabı ilə Madrid klubunun xeyrinə başa çatıb.