Benzema Fransa  millisinə qayıdacaq?   – Futbolçudan MARAQLI CAVAB
17 dekabr 2022 18:56 (UTC +04:00)

Benzema Fransa millisinə qayıdacaq? – Futbolçudan MARAQLI CAVAB

0

“Real”ın hücumçusu Kərim Benzema onun Fransa millisinə qayıtma ehtimalını istisna edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 36 yaşlı hücumçu sosial şəbəkədə “Bu mənə maraqlı deyil” cavabı verib.

Xatırladaq ki, Benzema 2022-ci il dünya çempionatına getmək üşün Fransa millisinin heyətinə çağırılmışdı, lakin artıq ilk məşqdə budundan zədə almışdı. Baş məşqçi Didye Deşam sağalması cəmi 3 gün çəksə də, futbolçunu Qətərə aparmayıb. Mətbuatın yazdığına görə, bu fakt futbolçunu məyus edib.

Əlavə edək ki, dekabrın 18-də fransızlar dünya çempionatının finalında çıxış edəcəklər. Onlar Argentina millisi ilə kubok uğrunda mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2044

Oxşar yazılar