Devid Bekhem "İnter Mayami"nin Lionel Messi ilə müqavilə bağlamağı bacarmasından məmnundur.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Amerikanın MLS klubunun sahibi hesab edir ki, bu, komandasına əlavə diqqət çəkəcək.
Bundan əlavə, İngiltərə millisinin keçmiş futbolçusu argentinalı hücumçunu tarixin ən yaxşı futbolçusu adlandırıb.
"Tarixin ən böyük oyunçusu şəhərimizə və klubumuza gəldi. Bu, bütün dünyada çoxlu diqqəti cəlb etdi, bizim həmişə istədiyimiz budur”.
Leonun təqdimatını 3,5 milyard tamaşaçı izləyib, bu, çox böyük rəqəmdir.