"Bavariya"nın "kəllə atan" futbolçusuna REKORD CƏRİMƏ
19 aprel 2023 11:17 (UTC +04:00)

"Bavariya"nın "kəllə atan" futbolçusuna REKORD CƏRİMƏ

0

“Bavariya” Leroy Saneni vurduğu üçün hücumçu Sadio Maneni 350 min avro cərimələyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu cərimə klub tarixində rekord göstəricidir.

“Bavariya” futbolçuları Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə ilk oyunundan sonra mübahisə edib. Sadio Manenin klub yoldaşı Leroy Sanenin sifətinə baş ilə zərbə vurduğu bildirilib. Bundan sonra münhenlilər Maneni Bundesliqanın 28-ci turunun “Hoffenhaym”la oyunda iştirakdan kənarlaşdırdığını açıqlayıb.

Mane 2022-ci ilin yayında “Liverpul”dan “Bavariya”ya keçib.

Ümumilikdə o, klub üçün bütün yarışlarda 32 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1719

Oxşar yazılar