Brayan Roy
06 oktyabr 2021 00:16 (UTC +04:00)

Brayan Roy

Baş naziri güllələməklə hədələyən keçmiş futbolçuya HÖKM OXUNDU

0

Hollandiya millisinin keçmiş futbolçusu Brayan Roy bu ölkənin baş naziri Mark Ryutteni güllələməklə hədələdiyi üçün şərti cəza alıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Brayan Roy daha əvvəl “Twitter”də yazıb ki, baş nazir "başından vurulacaq" və o hesab edir ki, siyasətçi cəzalandırılmalı və hətta edam edilməlidir.

Keçmiş futbolçu ifadə verən zaman mesajını "İstismar, insan alveri və təhqir qurbanı olan uşaqlar üçün mübarizə aparıram" deməklə izah edib.

Nəticədə, Haaqa məhkəməsi Royu 80 saat ictimai işlə yanaşı, iki il sınaq müddətinə məhkum edib. Yenə cinayət törədərsə, 4 həftəlik həbsxanaya göndəriləcək.
 
Brayan Roy Hollandiya millisində 1989-1995-ci illərdə çıxış edib və 1992-ci il Avropa çempionatının bürünc mükafatçısıdır. O, eləcə də Avropanın bir neçə klubunda oynayıb. “Ayaks”ın heyətində isə UEFA Kubokunu qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2852

Oxşar yazılar