“Bu gün sürprizlə qarşılaşmadıq. Çünki Azərbaycana qarşı iki ay əvvəl oynamışdıq”.
Lent.az-ın Apasport.az-a istinadla məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyundan sonra deyib.
Bakı Olimpiya Stadionunda millimizin qonağı olan lüksemburqlular meydanı 3:1 hesablı qələbə ilə tərk edib.
Oyunsonrası mətbuat konfransında Holtsun qalibiyyət şərhi belə olub: “Rəqibin yaxşı oyunçuları var. Düzü, qırmızı vərəqə də öz sözünü dedi. Amma komandamın performansından razı qalmadım. Xüsusən də, qırmızı vərəqədən birinci qola qədər yaxşı çıxış etmədik”.