“Barselona”ya vurduğu 2 qolla nəhənglərin hədəfinə düşdü
02 oktyabr 2021 09:10 (UTC +04:00)

“Barselona”ya vurduğu 2 qolla nəhənglərin hədəfinə düşdü

0

Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Barselona”nın qapısına iki qol vuran Darvin Nunyes qitə nəhənglərinin diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Benfika”nın 3:0 hesablı qələbəsində dublla pay sahibi olan uruqvaylı hücumçu daha 3 klubun maraq dairəsindədir.

Portuqaliya klubunun 22 yaşlı forvardını “Milan”, “İnter” və “Atletiko” heyətində görmək istəyir. Nunyesin müqaviləsi 2025-ci ilin yayında başa çatacağından, onun üçün xərcə düşmək lazım gələcək.

Xeyli vaxtdır “Mançester Siti”nin hədəfində olan Darvin Portuqaliya çempionatında da qolçuluq bacarığı ilə diqqət çəkir. O, cari mövsümdə 4 qola imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2609

Oxşar yazılar