"Barselona"nın ulduz futbolçusu karyerasını bitirməyə hazırlaşır
10 noyabr 2021 16:45 (UTC +04:00)

"Barselona"nın ulduz futbolçusu karyerasını bitirməyə hazırlaşır

0

Noyabrın 9-da Xavi "Barselona"nın baş məşqçisi vəzifəsinin icrasına başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, əvvəlcə onu klubun bazasında komanda ilə tanış ediblər, sonra isə məşq keçirilib.

Qeyd edək ki, 21 futbolçu müxtəlif səbəblərdən Xavinin rəhbərliyi altında ilk məşqi buraxıb. Oyunçuların yarısı milli komandaların düşərgələrinə gedib, bir hissəsi isə müxtəlif zədələrdən müalicə olunur.

Onlardan biri də əzələ zədəsi səbəbindən İspaniya çempionatının "Selta" ilə son oyununu (3:3) buraxan Jerar Pikedir.

Jerar Pikenin Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir, lakin müdafiəçi bu mövsümün sonunda karyerasını bitirəcək, çünki Xavi gənclərdən ibarət komanda quracaq.

Bu mövsüm 34 yaşlı futbolçu bütün turnirlərdə 13 oyun keçirib və iki qol vurub, onlardan biri Çempionlar Liqasında Kiyev “Dinamo”su ilə qarşılaşma olub.
 
Pike Kataloniya klubunun yetirməsidir. 2008-ci ilin yayında “Mançester Yunayted” və “Saraqosa”da dörd mövsüm keçirdikdən sonra Barselonaya qayıdıb. O, Kataloniya klubunun tərkibində müdafiəçi 579 oyun keçirib (52 qol və 13 məhsuldar ötürmə) və 30 kubok qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2200

Oxşar yazılar