"Barselona"nın borcu  bir milyard avronu   keçdi
02 fevral 2022 12:59 (UTC +04:00)

"Barselona"nın borcu bir milyard avronu keçdi

0

İspaniyanın "Barselona" futbol klubu 2021-ci ili 1,2 milyard avro borcla başa vurub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə komandanın saytı məlumat yayıb.

“Deloitte” şirkətinin audit yoxlamasına əsasən, “Barselona”nın itkisi 481 milyon avrodur və əmək haqqı digər top klublardan 40 faiz yüksəkdir.

Eyni zamanda, komanda hücumçu Lionel Messi də daxil olmaqla bahalı oyunçulardan imtina edərək, il ərzində maaşlarını azaldıb.

Həmçinin araşdırma zamanı şübhəli maliyyə əməliyyatları aşkar edilib. Qeyri-qanuni varlanma hallarının yarana biləcəyi səmərəsiz iqtisadi əməliyyatlar və əsassız xərclər müəyyən edilib.

Klubun direktorlar şurası mümkün dələduzluq barədə məlumatı Barselona prokurorluğuna ötürüb. Hazırda işdə konkret şəxslərin adı keçmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1577

Oxşar yazılar