Azərbaycanlı voleybolçu   Rumıniya Superkubokunu qazandı
24 oktyabr 2022 13:45 (UTC +04:00)

Azərbaycanlı voleybolçu Rumıniya Superkubokunu qazandı

0

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Superkubokunu qazanıb.

Apasport.az saytı xəbər verir ki, o, bu uğura şərəfini qoruduğu “CSM Lugoj” komandasında imza atıb.

Final matçında “CSO Voluntari” ilə üz-üzə gələn “CSM Lugoj” 3:0 hesablı (25:21, 25:23, 25:22) qələbə qazanıb. Bununla da voleybolçumuzun komandası Rumıniya Superkubokuna sahib çıxıb.

Qeyd edək ki, bu, “CSM Lugoj”un qazandığı ilk kubokdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2118

Oxşar yazılar