Azərbaycan üzgüçüsündən dünya çempionatında növbəti medal
02 avqust 2023 00:35 (UTC +04:00)

Azərbaycan üzgüçüsündən dünya çempionatında növbəti medal

0

Azərbaycan para-üzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb.

Milli Paralimpiya Komitəsindən  Lent.az-a verilən məlumata görə, üçqat paralimpiya çempionu 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmə növündə 58.73 saniyə nəticə göstərərək üçüncü yeri tutub.

Qeyd edək ki, Raman Saley ötən gün 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə ilə gümüş medal qazanıb. Bununla da Saley Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2346

Oxşar yazılar