Azərbaycan millisi Qətərlə qarşılaşacaq
14 noyabr 2021 01:34 (UTC +04:00)

Azərbaycan millisi Qətərlə qarşılaşacaq

0

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Bu, komandamızın 2021-ci ildə son sınağı olacaq. Bakı Olimpiya Stadionundakı matç baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər. Müqaviləsi başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.

Son 4 oyununda üç qol buraxaraq uduzan milli uğursuz seriyaya yoldaşlıq görüşündə son qoymağa çalışacaq. Debretsendə keçirilən səfər görüşündə Qətərə 1:2 hesabı ilə uduzan yığma məğlubiyyətin revanşını almaq üçün meydana çıxacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyun saat 21:00-da başlayacaq.

Yoldaşlıq oyunu
14 noyabr

21:00. Azərbaycan – Qətər
Baş hakim: Donatas Rumşas (Litva)
Bakı Olimpiya Stadionu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1863

Oxşar yazılar