Azərbaycan millisi antirekordu təkrarladı
11 noyabr 2021 23:31 (UTC +04:00)

 Azərbaycan millisi antirekordu təkrarladı

1

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.

Lent.az-ın Apasport.az-a istinadla məlumatına görə, Avropa zonasının A qrupunda mübarizə aparan yığmamız son oyununu evdə keçirib.
Canni de Byazinin yetirmələri IX turda Lüksemburqu qəbul edib. Bu matçadək sonuncu pilləni tutacağı rəsmiləşən millimiz elə autsayderə xas oyun nümayiş etdirib.

Tellur Mütəllimovun 21-ci dəqiqədə qırmızı vərəqə alaraq komandamızı azlıqda qoymasından sonra “cırtdanlar” meydanda daha çox hegemonluq edib.
Rəqib qarşısında aciz qalan yığmamız uzun müddət qapısının toxunulmazlığını qorusa da, ikinci hissənin ortalarında müqaviməti qırılıb. Öncə Gerson Rodriges, ardınca Sebastyan Till səviyyə fərqini ortaya qoyub. Azər Salahlının təsəlli qolu isə komandamıza heç nə verməyib. Əvəzində Rodriges dublunu rəsmiləşdirməyi də bacarıb. Bununla da Lüksemburq öz meydanında olduğu kimi Bakıda da millimizə qalib gəlib – 3:1.

Evdə keçirdiyi bütün oyunlarda uduzan yığmamız seçmə mərhələni özünə doğmalaşan sonuncu pillədə başa vurub. 1 xal toplayan komandamız AVRO-1996-da imza atdığı antirekordu ötən tsikldəki kimi yenidən təkrarlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2553

Oxşar yazılar