Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin sonunda Avropanın və dünyanın ən yaxşı klublarının reytinqini açıqlayıb.
Lent.az bildirir ki, bu barədə təşkilatın saytında xəbər verilib.
IFFHS-ə görə 2022-ci ilin ən yaxşı Avropa komandası 297 xal toplayan İngiltərənin “Liverpul” komandası olub. Liverpul təmsilçisi “Real”ı (275 xal), İngiltərənin “Çelsi” (271 xal” klubunu keçib.
Avropa klublarının ilk onluğuna: “Mançester Siti” (İngiltərə, 270), “Benfika” (Portuqaliya, 250), “Leypsiq” (Almaniya, 240), “Bavariya” (Almaniya, 238), “Portu” (Portuqaliya, 236), PSV (Hollandiya, 227,5) və PSJ (Fransa, 220) də düşüb. İspaniyanın “Barselona”sı isə cəmi 18-ci yeri tutub (197 xal).
Dünya reytinqində “Liverpul” ikinci, “Real” isə dördüncüdür. Dünyanın ən yaxşı klubu Libertadores Kubokunun hazırkı qalibi Braziliya Flamenqosu (305), dünya reytinqində üçüncü yeri isə Braziliyanın “Palmeyras” klubu (294) tutur.