AVRO-2022:   Azərbaycan və Ermənistan eyni qrupa düşüb
15 fevral 2022 17:25 (UTC +04:00)

AVRO-2022: Azərbaycan və Ermənistan eyni qrupa düşüb

0

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, C divizionunda mübarizə aparacaq yığmamız B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqa rəqib olub.

A qrupunda isə Monako, Malta, San-Marino, Albaniya və Andorra yer alıb. Turnir 2022-ci il iyulun 24-31-də baş tutacaq. örüşlər San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.

Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının da püşkü atılıb. Yarışda 6 komanda iki qrupda çıxış edəcək.

Azərbaycan millisi A qrupunda Malta və Andorra ilə qarşılaşacaq. B qrupunda San-Marino, Cəbəllütariq və Ermənistan yer alıb. Yığmamız növbəti mərhələdə bu qrupun komandaları ilə görüşə bilər. Oyunlar gələn il iyunun 28-dən iyulun 3-dək Maltanın Ta-Qali şəhərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2122

Oxşar yazılar