Anri  Fransa millisini   çalışdırmaqdan imtina etdi
17 mart 2023 17:47 (UTC +04:00)

Anri Fransa millisini çalışdırmaqdan imtina etdi

0

Fransa Futbol Federasiyas rəhbərliyinin üzvü Jan-Mişel Olas Tyerri Anrinin ölkənin qadınlardan ibarət yığmasına rəhbərlik təklifini qəbul etmədiyini bildirib.

Lent.az bildirir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Mən şəxsən ondan bu barədə soruşdum və cavab müsbət olmadı. Düşünürəm ki, o, başqa bir layihəyə imza atacaq”, - Olasdan vurğulayıb.

Mənbənin məlumatına görə, 45 yaşlı mütəxəssis 2023-cü ilin yanvarına kimi Qreq Berhalterin çalışdırdığı ABŞ komandasına rəhbərlik etmək istəyir.

Anri Belçika millisində köməkçi məşqçi kimi çalışıb, eyni zamanda “Monako” və “Monreal”a başçılıq edib və “Arsenal”ın məşqçilər korpusunun üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1969

Oxşar yazılar