Andrey Şevçenkoya CƏLBEDİCİ TƏKLİF
06 noyabr 2021 13:34 (UTC +04:00)

Andrey Şevçenkoya CƏLBEDİCİ TƏKLİF

0

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını İtaliyada davam etdirmək imkanı qazanıb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis “Cenoa”dan təklif alıb.

A seriyası təmsilçisi ukraynalı çalışdırıcı üçün cəlbedici şərtlər irəli sürüb. Genuyalılar Şevçenkoya illik 1,8 milyon avro ödəməyə hazırdır. Ona 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif olunub.

Qeyd edək ki, “Cenoa” A seriyasında 12 oyundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2945

Oxşar yazılar