Keçmiş milli futbolçu və bombardir Tanju Çolak İnstaqram hesabında koronavirus testinin müsbət olduğunu açıqlayıb.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Çolak getdiyi xəstəxanada verdiyi test nəticəsinin qızdırma və yorğunluq səbəbindən müsbət olduğunu elan edib.

O, səhhətinin yaxşı olduğunu bildirib.