56 oyunda 56 qol:   Mbappe 2022-ci ilin bombardiridir
02 yanvar 2023 11:53 (UTC +04:00)

56 oyunda 56 qol: Mbappe 2022-ci ilin bombardiridir

0

PSJ-nin hücumçusu Kilian Mbappe 2022-ci ili ən yaxşı 5 Avropa Çempionatının oyunçuları arasında bombardiri kimi başa vurub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 24 yaşlı fransalı hücumçu bütün klub yarışları nəzərə alınmaqla 56 oyunda 56 qol vurub. Kilian keçən il “Qızıl top” səsverməsində altıncı olub. O, həm də Fransa Superkubokunun çempionu və qalibi olub və ölkəsinin milli komandası ilə Qətərdə keçirilən dünya çempionatında Fransanın Argentinaya penaltilər seriyasında uduzduğu finala yüksəlib.

Onu da qeyd edək ki, Mbappe Liqa 1-in bombardiridir.Bu mövsüm hücumçu 15 oyunda 13 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Transfermarkt” Mbappeni 180 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1972

Oxşar yazılar