Zaqatalada minik avtomobili aşdı: 6 yaralı
04 iyul 2024 10:25 (UTC +04:00)

Zaqatalada minik avtomobili aşdı: 6 yaralı

0

Zaqatalada ağır yol qəzası baş verib. 

Lent.az xəbər verir ki, hadisə iyunun 3-dən 4-nə keçən gecə rayonun Yuxarı Çardaxlar kəndi ərazisində qeydə alınıb. 

Kənd sakini, 2006-cı il təvəllüdlü Sərvər Elşən oğlu Əhmədovun idarə etdiyi “Nissan X-Trail” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü S. Əhmədov, avtomobildə olan sərnişinlər, rayonun Yuxarı Çardaqlar kənd sakinləri - 2006-cı il təvəllüdlü Bilal Elşən oğlu Ərtilov, 2006-cı il təvəllüdlü Elvin İzəddin oğlu Əhmədov, 2006-cı il təvəllüdlü Muhuma Seyfəddin oğlu Məmmədov, 2008-ci il təvəllüdlü Məhəmməd Əhməd oğlu Xəlilov və 2006-cı il təvəllüdlü Murad Məmməd oğlu Yahyayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 19051

Oxşar yazılar