Yol qəzasında canlı yayım  açdı, cərimələndi
04 fevral 2026 11:26 (UTC +04:00)

Yol qəzasında canlı yayım açdı, cərimələndi

0

Astarada yol qəzası zamanı canlı yayım açan şəxs cərimələnib.

Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Çayoba kəndində qeydə alınıb.

28 yaşlı Vətən Behbudov (ad və soyad şərtidir) yol qəzası zamanı sosial şəbəkədə canlı yayım açıb. Qəza ilə əlaqədar hadisə yerinə gələn yol polisi əməkdaşları Vətənə onlara mane olduğunu və bir az kənara çəkilmələrini desələr də, o, polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətlərinə davam edib.

Nəticədə onun barəsində inzibati protokol tərtib olunub. Üçüncü qrup əlil olan Vətən Behbudov əməlindən peşman olduğunu və bir daha belə hərəkətlər etməyəcəyini deyərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Astara rayon Məhkəməsinin qərarı ilə o, 150 manat miqdarında inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar