Yol polisini döyənlər bu maddə ilə <span style="color:red;">İTTİHAM OLUNUR
24 fevral 2016 17:15 (UTC +04:00)

Yol polisini döyənlər bu maddə ilə İTTİHAM OLUNUR

0

Bakıda yol polislərini döyən şəxslər şübhəli şəxs qismində saxlanılıb. Bunu Lent.az-ın rəsmi sorğusuna cavab verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

O. Mansurzadə qeyd edib ki, hadisəsini törətməkdə şübhəli bilinən Rakif Abdullayev, onun atası  Rafiq Abdullayev və qardaşı Gülbala Abdullayev tutulub:

 

"Baş vermiş hadisə ilə bağlı, Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir".

 

Lent.az-ın əldə etdiyi məlumata görə, döyülən polis əməkdaşlarından Vüqar Abbasovun vəziyyəti ağırdır. Onda qapalı kəllə beyin travması, beyin silkələnməsi, üz və burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi, burun qanaxması diaqnozu ilə dünən axşam xəstəxanaya daxil olub. 

Xatırladaq ki, hadisə  Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, Mərdəkən qəsəbəsi, Qızıl qum yaşayış massivində yaşayan 30 yaşlı Rakif Abdullayev “VAZ 2107” markalı avtomobili idarə edərkən işıqforun qadağanedici siqnalına (qırmızı işıq) əhəmiyyət verməyərək hərəkətinə davam edib.

Həmin vaxt orada xidmətdə olan Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin əməkdaşları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən “VAZ 2107” avtomobilinin sürücüsünə “saxla” əmri verilib. Lakin buna baxmayaraq R.Abdullayev avtomobilin sürətini artıraraq yoluna davam edib.

O, avtomobili yaxınlıqda - yaşadığı evin arxasında saxlayıb. Bundan sonra sürücü Rakif Abdullayev, onun atası, 51 yaşlı Rafiq Abdullayev və qardaşı, 29 yaşlı Gülbala Abdullayev avtomobildən düşərək onlara bir qədər əvvəl “Saxla!” əmri vermiş polis əməkdaşlarına taxta parçası ilə hücum edərək, polislərə ağır xəsarətlər yetiriblər. Polis serjantları 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. C.Ağayev tibbi yardım aldıqdan sonra evə buraxılıb. V.Abbasov isə müalicəsini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar