Prokuror vəkilə 10 il həbs cəzası istədi
30 oktyabr 2015 11:02 (UTC +04:00)

Prokuror vəkilə 10 il həbs cəzası istədi

0

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək M. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Proses noyabrın 3-də davam etdiriləcək.

 

Qeyd edək ki, M. Bayramova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Onu da qeyd edək ki, Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-dən namizədliyi irəli sürdüyü üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar