"Meydan TV"-nin əməkdaşı Şirin Abbasova ( Şirin Tire) 30 sutka həbs cəzası verilib. Bu barədə Lent.az-a açıqlama verən vəkil Elçin Sadıqov bildirib ki, polisə müqavimət göstərdiyi ittihamı ilə Şirin Abbasov 30 sutka həbs cəzasına məhkum edilib.
16:46
******
“Meydan TV” əməkdaşı Şirin Abbasov ( Şirin Tire) DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Bu barədə Lent.az- a onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, jurnalist dünən hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib.
Vəkil onu da qeyd edib ki, həmin şöbənin rəisi iş yerində olmadığı üçün jurnalistlə görüşməsinə icazə verilməyib.