Göyçayda silahlı insident olub. Göyçay rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayonun Alıkənd kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Raqif Niman oğlu biçimi üstündə düşən mübahisə zəminində həmkəndlisi, 1986-cı il təvəllüdlü Məmmədov Nurlan Maarif oğlunu ov tüfəngi ilə güllələyib. Təcilli xəstəxanaya çatdırılan N. Məmmədovun həyatını xilas etmək mümkün olub.
R. Məmmədov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.