Əli İnsanovun məhkəməsi təxirə salındı
26 noyabr 2015 12:25 (UTC +04:00)

Əli İnsanovun məhkəməsi təxirə salındı

0

 

Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun kassaiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.

 

Lent.az-ın məlumatına görə, hakim İnqilab Kərimovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxslərə məhkəmə bildirişlərinin, o cümlədən kasasiya şikayətinin surətinin çatıb-çatmadığı barədə poçt qəbzi olmayıb.  Bu səbəbdən də hakim məhkəmə prosesinin qeyri-müəyyən vaxta qədər təxirə salındığını elan edib.

 

Qeyd edək ki, sabiq səhiyyə naziri 2005-ci ildə həbs edilib.

 

2007-ci ilin aprel ayında Ə.İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Sabiq nazir Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar