Ayaqqabısının tərliyində narkotik keçirmək istədi
04 dekabr 2015 14:56 (UTC +04:00)

Ayaqqabısının tərliyində narkotik keçirmək istədi

0

Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Alı Məmmədovun üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sağ tayının tərliyi ilə ayaqqabının içəri alt divarı arasından səpilmiş vəziyyətdə, xalis çəkisi 13,832 qram olan metamfetamin aşkar edilib.

 

 Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

 

 Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar