Ağır qəza törədən sürücü məhkəmə zalında həbs edildi
02 iyun 2015 17:04 (UTC +04:00)

Ağır qəza törədən sürücü məhkəmə zalında həbs edildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Orxan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Orxan Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 O, məhkəmə zalından həbs olunub.
 

Qeyd edək ki, Orxan Həsənov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar