Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Haşımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən İ.Haşımovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmə prosesi 25-də davam edəcək.
Qeyd edək ki, İ.Haşımova Gülsüm İsmayılova, Solmaz Haqverdiyeva və bir neçə şəxsin etimadını qazanaraq onlardan pul və qızıl, zinət əşyaları alaraq geri qaytarmayıb. O, G.İsmayılovadan 3 min manat dəyərində qızıl və 1000 manat dəyərində satılıq əşyalar, S.Haqverdiyevadan 19 min manat pul, digər şəxslərdən isə 6 min və 15 min manat pul alıb.