Sedat Pekerin gündəmə gətirdiyi qadını güllələdilər
03 aprel 2023 15:56 (UTC +04:00)

Sedat Pekerin gündəmə gətirdiyi qadını güllələdilər

0

İstanbulda Aliyə Uzun adlı qadına silahlı hücum edilib. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Kadıköy Bağdat küçəsində baş verib. Məlumata görə, qadının yanına gələn bir nəfər ona atəş açıb. Aliyəni baldır nahiyəsindən vuran naməlum şəxs  sonra hadisə yerindən qaçıb. 

Aliyə Uzunun vəziyyətinin yaxşı olduğu bildirilir. 

Qeyd edək ki, iki il əvvəl Aliyə Uzunu Sedat Peker gündəmə gətirmişdi. Peker Aliyənin 2020-ci ildə vəfat edən Burhan Kuzu və narkobaron Naci Şərifi görüşdürdüyünü iddia etmişdi. 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3800

Oxşar yazılar