Şahmat Federasiyası məhkəməyə verildi
05 sentyabr 2023 15:15 (UTC +04:00)

Şahmat Federasiyası məhkəməyə verildi

1

Azərbaycan Şahmat Federasiyası barəsində protokol tərtib olunub.

Lent.az xəbər verir ki, federasiyanın gömrük qaydalarını pozduğu aşkarlanıb. Bu səbəblə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə ) maddəsilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmənin ilk iclası sentyabrın 20-də baş tutacaq.

Qeyd edək ki, həmin maddə əsasında vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4095

Oxşar yazılar