Rusiyada içkidən zəhərlənib ölənlərə görə azərbaycanlı biznesmen tutuldu - YENİLƏNİB
06 iyun 2023 23:00 (UTC +04:00)

Rusiyada içkidən zəhərlənib ölənlərə görə azərbaycanlı biznesmen tutuldu - YENİLƏNİB

7

Ulyanovsk məhkəməsi surroqat sidr istehsalında ittiham olunan samaralı iş adamını iki ay müddətinə həbs edib. 

Lent.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

O,  2023-cü il avqustun 4-nə qədər həbsdə olacaq.

Surroqat sidr istehsalında şübhəli bilinən iş adamı Ulyanovsk məhkəməsində barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən iclasda özünü təqsirli bilməyib. 

Xatırladaq ki, Samara vilayətindən olan iş adamı Anar Afət oğlu Hüseynov saxta “Mister sidr” içkisindən zəhərlənmə işi ilə bağlı iyunun 5-də saxlanılıb. Ulyanovsk vilayətində həmin içkidən 51 nəfər zəhərlənib, onlardan 20-si dünyasını dəyişib.

Vilayət Səhiyyə Nazirliyi hazırda xəstəxanalarda 31 xəstənin həkim nəzarətində olduğunu bildirib.

Rusiyanın bir neçə regionunun sakinlərinin zəhərlənməsi, o cümlədən ölümcül nəticələr barədə bir gün əvvəl məlum olub. Əksər hallar Samarada istehsal olunan "Mister sidr" adlı spirt tərkibli içkinin istifadəsi ilə bağlıdır.

***

Saat 15:08

Bu gün Rusiyada azərbaycanlı şəxsə məxsus şirkətin istehsal etdiyi alma kokteylindən zəhərlənərək ölənlər barədə xəbər vermişdik. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
7
# 6326

Oxşar yazılar